ABŞ prezidenti Donald Tramp bazar günü Yunanıstanı müstəqillik günü və “yarım əsrlik zülmdən xilas” münasibətilə təbrik edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı yazır. Eyni zamanda ümid ifadə olunur ki, ABŞ prezidentinin ənənəvi 24 aprel çıxışında Tramp 1915-ci il hadisələrini də açıq mətnlə “soyqırım” adlandıracaq. “Yarım əsrlik zülm deyilərkən Türklərin zülmü nəzərdə tutulub. Görən aprelin 24-də Tramp hansı sözü işlədəcək”- deyə “lragir.am” saytının siyasi şərhçisi Naira Ayrumyan sual edir.