Rusiya yaxın günlərdə ABŞ-ın Suriya rejimini vuracağını iddia edir. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan Debka saytı məlumat yayıb.
İddiaya görə, Tramp rəhbərliyi, Bəşər Əsəd rejiminin Şərq Qutada kimyəvi silahdan istifadə etdiyinə görə, yaxın vaxtlarda Suriya rejiminə hücum edəcək.
Hələlik Vaşinqtondan bu iddiaları nə inkar, nə də təsdiq edən hər hansı açıqlama verilməyib.
Bir neçə gün əvvəl Rusiyanın müdafiə nazirinin müavini Valeri Gerasimov, müxaliflərin Suriyada kimyəvi hücum hazırlığında olduğunu, hücumun Əsəd və onun dəstəkçisi Rusiyanın üzərinə qoyulacağını, bunun nəticəsində də ABŞ-ın rejimi vurmaq üçün bəhanə əldə etmiş olacağını iddia etmişdi.