“Zeytun Budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi terrorçulardan təmizləndikdən sonra Türkiyə Silahlı Qüvvələri sakinlərin evlərinə təhlükəsiz dönməsi üçün fəaliyyətini davam etdirir.
Rayonda terrorçuların istifadə etdikləri bütün binalar, sığınacaqlar bir-bir yoxlanır. Rayon mərkəzindəki bir xəstəxanada aparılan axtarışlar zamanı “Zeytun Budağı” əməliyyatında yaralanan terrorçuların müalicə olunduğu xüsusi bölmə aşkarlanıb. Bütün tibbi avadanlıqlarla təmin edilmiş həmin gizli bölmədə rentgen cihazı ilə yanaşı Amerika Birləşmiş Ştatlarına məxsus ilk tibbi yardım avadanlıqları da olub.
Terrorçular tərəfindən gizli bölməyə daxil olmaq üçün 50 metr uzunluğunda tunel də qazılıb.
Xatırladaq ki, Afrin terrorçulardan təmizləndikdən sonra TSQ xalqın evlərinə təhlükəsiz şəraitdə qayıtmasını təmin etmək üçün axtarış işlərini davam etdirir. Bu çərçivədə əsgərlər terrorçuların rayonda istifadə etdikləri binaları bir-bir ortaya çıxarır.