Almaniyanın Yaşıllar Partiyasının millət vəkili Cem Özdemirə Ermənistan tərəfindən dövlət ləyaqət nişanı verilib.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Berlindəki səfirliyi xəbər verib. Səfirlik özünün “Twitter” səhifəsində dövlət nişanının təqdimetmə mərasiminə dair xəbər və foto paylaşıb. Mərasim zamanı, həmçinin Alman-Erməni Cəmiyyətindən Raffi Kantiyana da analoji nişan verilib.
Xatırladaq ki, Yaşıllar Partiyasını keçmiş həmsədri olan türk əsilli C.Özdemir 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyır və 2016-cı il iyunun 2-də erməni iddialarının Almaniya parlamenti tərəfindən qəbul edilməsində xüsusi səy göstərib. Ancaq Almaniya hökuməti məclisdə qəbul edilən qanun layihəsinin məcburi xarakter daşımadığını bildirib.