Ötən illərdə terror hücumlarının hədəfi olan Fransada yeni hücuma məruz qalıb. Baki-xeber.com xəbər verir ki, ölkənin cənubunda, Trebes qəsəbəsində silahlı şəxs polislərə atəş açıb. Hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb.
Hücumdan sonra bir supermarketə girən silahlı, içəridəki müştəriləri və işçiləri girov götürüb.
Polis insanların girovluqdan azad olunması üçün ərazini mühasirəyə alıb və əməliyyat keçirib. Əməliyyatda zamanı 2 nəfər ölüb, 1-i ağır 3 nəfər isə yaralanıb. Fransız polisi silahlı şəxsi öldürərək girovları azad edib.
Təcavüzkarın İŞİD üzvü olduğu bildirilir. İŞİD-çinin 7 girov sərbəst buraxıldığı da qeyd edilir.
Fransız polisi təcavüzkarın Mərakeş mənşəli olduğunu bildirib.