ABŞ Mərkəzi Ordu Komandanlığı (CENTCOM) ilə Xarici İşlər Nazirliyinin birgə mətbuat konfransında Menbiçdəki ABŞ əsgərləri ilə bağlı maraqlı açıqlama verilib.
Baki-xeber.com-un xəbərinə görə, Pentaqondaki CENTCOM sözçüsü Adrian Rankine Gallowey jurnalistin "Menbiçdən çəkilme kimi bir niyyətiniz varmı" sualına cavabında təhlükəsizlik səbəbilə daha ətraflı açıqlama verə bilməyəcəyini desə də, dolayısı ilə ABŞ-ın Menbiçdən çıxmayacağını ifadə edib. O deyib ki, koalisiya gücləri hazırda Menbiç ərazisindədir və yerli idarəetmə orqanlarına stabilliyin təmin olunmasında dəstək verir. Maraqlıdır ki, Pentaqon ABŞ-ın Menbiçdəki varlığı ilə bağlı qəti ifadə işlətmədiyi halda ABŞ XİN-dən də “Menbiçdən çəkilmək kimi bir niyyətimiz yoxdur” açıqlaması gəlib. ABŞ XİN sözçüsü Heather Nauert deyib ki, "Bizim Menbiçdən çəkilmək kimi bir niyyətimiz yoxdur, lakin bu nöqtədən sonrasını ABŞ Müdafiə Nazirliyindən sormalısınız".
Nauert onu da deyib ki, ABŞ-ın Menbiçdəki varlığı ilə bağlı olaraq Türkiyə ilə danışıqlar davam edir, lakin hələlik bir nəticə əldə olunmayıb.