Türkiyənin Rusiya ilə imzaladığı "S-400" raket müdafiə sistemlərinə qarşı rəsmi Vaşinqton öz təklifini bu ayın sonunda Ankaraya təqdim edəcək.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu məqsədlə ABŞ Dövlət Departamentində hərbi və diplomatik əlaqələr departamentindən məsul səfir Tina Kaidanov Ankaraya gələcək.
Türk-Amerika Müdafiə Sənayesi Dialoqu çərçivəsində reallaşacaq səfərdə ABŞ tərəfi "S-400"lərə alternativ olaraq “Patriot” raket əleyhinə müdafiə sistemlərini ehtiva edən təklif verəcək. Amerikalı səlahiyyətli, öz təkliflərindən ümidli olduqlarını bildirib.
Qeyd edək ki, Türkiyə rəsmiləri ötən aylarda verdikləri bəyanatlar Türkiyənin "S-400"ə olan marağını əsas səbəbi kimi ABŞ Konqresinin çıxardığı çətinlikləri göstərmişdi. Amerikalı rəsmiləri isə Tramp administrasiyasının silah satışlarını bir xarici siyasət halına gətirdiyini, bu səbəbdən artıq Konqresdən silah satışlarının asanlıqla keçməsi üçün çalışacaqlarını vurğulayıb.
Bir Türkiyəli diplomat isə səfərin 31 martda reallaşacağını bildirib.