Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfulislam, keçmiş Fransa prezidenti Nikolya Sarkozinin 2007-ci ildəki seçki kampaniyası üçün atası Qəddafidən pul aldığına dair yeni açıqlamalar verib. Baki-xeber.com xəbər verir ki, Seyfulislam atasının Sarkoziyə maliyyə dəstəyi verdiyinə dair əlindən ciddi faktlar olduğunu deyib.
"Mən şəxsən Tripolidə Sarkozinin yaxın məsləhətçisi Klod Qeana pul verildiyinin şahidi olmuşam" – deyə o bildirib.
Seyfulislam Liviyadakı xaosun və ölkədə artan terror hadisələrinın də birbaşa əsas günahkarının da Sarkozinin olduğunu iddia edib.
Qeyd edək ki, iki gün əvvəl Fransa polisi Sarkozini saxlayıb. O, Liviya hakimiyyəti tərəfindən 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıb. Sarkozi ilə bərabər onun prezidentliyi dövründə bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb. N.Sarkozi və B.Ortyefyo sabiq prezidentin seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Küçmiş prezident iki gün dindirildikdən sonra sərbəst buraxılıb. Keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilir.
Liviya hakimiyyəti N.Sarkozinin prezident seçkiləri kampaniyasını maliyyələşdirdiyini ilə dəfə 2011-ci ilin martında bəyan edib. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi "Euronews" telekanalına müsahibəsində həmin vaxt prezident postunu tutan N.Sarkozinin Liviya hökumətindən maliyyə yardımı almasını etiraf etməsini istəmişdi. Daha sonra Fransada müstəqil jurnalistlərin apardıqları araşdırma bu məlumatı təsdiqləyib. Vasitəçilər də istintaqa ifadələrində Liviyadan gətirilmiş bir neçə çamadan pulu N.Sarkozinin nümayəndələrinə verdiklərini bildiriblər. Söhbət 5 milyon avrodan çox puldan gedir. N.Sarkozi isə indiyə qədər bunu təkzib edib.
Eks-prezident indi də ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
O, Liviyanın leçmiş lideri Müəmmar Qəddafinin kampaniyalarına maliyyə dəstəyi verdiyinə dair iddiaları rədd edərək, bu iddiaların həyatını cəhənnəmə çevirdiyini deyib. "Məni konkret bir sübut olmadan günahlandırırlar" deyə 63 yaşlı keçmiş Fransa prezidenti bildirir.
Sarkozi haqqındakı ittihamların "ciddi" olduğunu, ancaq ona böhtan atıldığını deyir. Fransız lider, iddiaların 2011-ci ildən bəri həyatını "cəhənnəmə" çevirdiyini söyləyib.
Sarkozi, Qəddafinin devrilməsi ilə nəticələnən əməliyyatda Fransanın roluna görə, ondan intiqam alınmaq istəndiyini deyib.