Facebook sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq ABŞ-ın növbəti seçkilərə də sosial şəbəkə vasitəsilə müdaxilə edəcəyinə əmindir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, CNN-ə açıqlamasında deyib. “Mən əminəm ki, bu dəfə də 2016-cı ilin versiyası təkrarlanacaq. Onlar bunun üzərində işləyir. Lakin bu dəfə daha yeni taktikadan istifadə olunacaq” Tsukerberq deyib.