ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp həyat yoldaşı Vanessa Trampla boşanır. Baki-xeber.com xəbər verir ki, oğul D.Trampın həyat yoldaşı boşanmağa ərizə də verib.
Vanessa Trampın Nyu York Ali Məhkəməsinə boşanmaq üçün müraciəti məxfi olub, müraciətin başlığından başqa.
Gənc Tramp ailəsi “Tramp Təşkilatı” adından bəyanat verərək “12 il evlilikdən sonra biz fərqli yollarla getməyə qərar verdik. Bizim birgə beş gözəl uşağımız var və onlar bizim üçün prioritetdir”- yazıb.
Bəyanatda cütlük həyatlarının fərdi qalması üçün də müraciət edib.
Cütlüyün 2-si qız, 3-ü oğlan olmaqla 5 uşaqları var.
Oğul Tramp 2016-cı il prezident seçkilərində atasının prezidentlik kampaniyası ilə Rusiya arasında mümkün sövdələşməyə dair ötən aylarda aparılan araşdırmaların mərkəzində idi.
Prezident Tramp Rusiya ilə hər-hansısa sövdələşməni inkar edib.
Ağ Ev isə məsələ ilə bağlı hər hansı açıqlama verməyib.