Rusiya XİN başçısı Sergey Lavrov “Rusiya – imkanlar ölkəsi” forumunda çıxış üçün səhnəyə qalxarkən yıxılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə NTV kanalı məlumat yayıb. Telekanalın xəbərinə görə, yıxılaraq diz üstə düşən XİN rəhbəri cəld qalxaraq yerinə oturub və çıxışına bu mövzuda zarafatla başlayıb. “Gördünüz? Büdrədim, lakin nə yaxşı ki, bu, diplomatik sahədə baş vermədi” – deyə diplomat zarafatından qalmayıb.