Madriddə Afrika mənşəli küçə ticarətçisinin ölməsi ilə kütləvi iğtişaşlar başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Pais” məlumat yayıb. Nəşrin xəbərinə görə, küçə ticarətçisi ürək çatışmazlığından vəfat edib, lakin şahidlər bildirib ki, ölüm hadisəsi polislərin küçə ticarətçilərini qovmasının ardından yaşanıb.
Bundan sonra etirazçılar küçələrə çıxaraq yerli polisi insan ölümündə ittiham edən şüarlar səsləndirib, ardınca isə bank şöbələrinə hücum edib, polis maşınlarını yandırıb.