ABŞ Rusiya və Çinin Koreya yarımadasında situasiyanın sabitləşdirilməsi və inkişaf üzrə birgə layihəsinin BMT TŞ-da bəyan edilməsini əngəlləyib.
Baki-xeber.com-un RİA”Novosti”dən aldığı xəbərə görə, bu barədə Rusiyanın BMT yanındakı daimi nümayəndəliyinin sözçüsü Fyodor Strjijovski məlumat verib. Onun sözlərinə görə, ABŞ-dan olan nümayəndə heyəti sözügedən layihənin bəyan edilməsini bloklayıb, halbuki, ABŞ, KXDR və Koreya Respublikasının dövlət başçılarının bu yaxınlarda baş tutan görüşündə Koreya yarımadasında situasiyanın sabitləşdirilməsi və inkişafla bağlı bir sıra razılaşmalar əldə olunmuşdu.