Martın 4-də Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla əlaqədar Böyük Britaniya Rusiyaya qarşı cavab addımlarını açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, bu tədbirlər arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Britaniyaya səfərinin ləğv olunması da var. Bu barədə açıqlama verən Britaniyanın baş naziri Tereza Mey Rusiya ilə dialoqun tamamilə dayandırılmasının ölkənin milli mənafelərinə zidd olduğunu, ancaq bütün yüksək səviyyəli əlaqələrin dayandırılacağını bildirib. İngiltərə baş naziri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Britaniyaya səfərinin ləğv olunduğunu və İngiltərə hökumətindən heç bir nazirin və kral ailəsi üzvlərinin Rusiyada bu il keçiriləcək Futbol üzrə Dünya Kubokuna qatılmayacağını bəyan edib.