Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ABŞ tərəfinin Kosmosda silah yerləşdirilə biləcəyilə bağlı açıqlamasını “Pandora qutusu”nun açılması ilə müqayisə edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, ozünün tvitter hesabında yazıb. “Açıqlama Kosmosda silah yerləşdirilməsini nəzərdə tutursa, bu o deməkdir ki, ABŞ “Pandora qutusu”nu açır...” Roqozin yazıb.
Xatırladaq ki, daha öncə ABŞ prezidenti Donald Tramp ölkəsinin “kosmik ordusunun” ola biləcəyini deyib.