Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələr Qərargah rəisləri komitəsinin sədri Cozef Danford telefon görüşməsində Şərqi Qutadakı vəziyyəti müzakirə edib.
Baki-xeber.com-un life.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada təşəbbüsün Rusiyadan gəldiyi qeyd olunur. Bildirilir ki, Baş Qərargah rəisləri ümumən Suriyadakı hazırkı situasiyanı və Şərqi Qutadakı vəziyyəti müzakirə edib.
“Ordu generalı Valeri Gerasimov və general Cozef Danford ikitərəfli təmasları davam etdirmək barədə razılığa gəlib”- açıqlamada deyilir.
Daha öncə agentlikdən verilən xəbərə görə, Rusiyanın Suriyada qarşı duran tərəflər arasında sülhyaratma Mərkəzi humanitar pauza zamanı 148 nəfər dinc sakinin Şərqi Qutadan çıxarılması barədə məlumat yayıb ki, onlardan 79-u azyaşlıdır.