Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatı tərəfdaşlarının Suriya və İraqa göndərilməsi kanalının qarşısını alıb.
“Trend”-in verdiyi xəbərə görə, bu barədə TASS FTX-in mətbuat xidmətinə istinadla məlumat yayıb.
Xüsusi əməliyyatın Moskva və Moskva vilayətinin ərazisində keçirildiyi bildirilir. Məlumata əsasən, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 60 xarici ölkə vətəndaşını saxlayıb.
Keçirilmiş axtarışlar zamanı saxta sənədlərin hazırlandığı 3 labaratoriya aşkar olunub.