ABŞ müdafiə naziri Cim Mettis, Bəşər Əsəd rejimi kimyəvi silahdan istifadə edəəyi təqdirdə vuracaqlarını bəyan edib. Baki-xeber.com xəbər verir ki, Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov isə ABŞ-ın Suriyanı vurarsa buna cavab verəcəklərini deyib.
V.Gerasimov ABŞ-ın Suriyanı bombalaması və rus əsgərlərinin həyatı üçün təhlükə yaranacağı təqdirdə Rusiyanın bu hücuma cavab verəcəyini bildirib. Gerasimov bildirib ki, əgər Suriyadakı, Dəməşqin də daxil olduğu hər hansı bir bölgənin bombalanması zaman rus əsgərlərinin həyatına təhlükə yaranması vəziyyətində, həm hücumda istifadə edilən raketlərə, həm də bu raketləri daşıyan döyüş təyyarələrinə qarşılıq veriləcəyini bəyan edib.
Gerasimov, rus əsgərlərini hədəf alan nə varsa, hamısının yox ediləcəyini söyləyib.