ABŞ və Türkiyə Suriyada fəaliyyət üzrə danışıqlarda razılıq əldə edib.
Baki-xeber.com-un xəbərinə görə, Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, YPG bölgədən çəkilincə təhlükəsizlik tədbirləri Vaşinqtonla birlikdə həyata keçiriləcək. Çavuşoğlu ABŞ tərəfi ilə martın 19-na nəzərdə tutulan görüşmənin ardından Menbiçin gələcək taleyinin bəlli olacağını deyib.