Pornoaktrisa Stefani Qreqori Klifford ABŞ prezidenti Donald Trampın ona münasibətləri barədə susmaq qarşılığında ödədiyi 130 min dolları geri qaytarmaq niyyətini açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, aktrisa bu məbləğin ona Trampın vəkili vasitəsilə çatdırıldığını deyib. Bildirib ki, vəkili Trampın hüquqşünası Maykl Koenə məktub yazaraq, sözügedən məbləğin cümə gününə kimi Trampın hesabına oturacağını qeyd edib. Koen hələlik məktuba cavab verməyib.
Stefani Qreqori Klifford bu pulların onun “dilini bağladığını” deyib və bildirib ki, həmin məbləği qaytarıb ABŞ prezidenti ilə əlaqələri və “pulla susdurulması” barədə açıq danışmaq imkanı qazanmaq niyyətindədir.
Aktrisanın bildirdiyinə görə, Trampla yaxın əlaqələri onun prezident seçilməsindən çox öncə başlayıb. 2006-cı ildə başlayan bu əlaqələr isə cəmi bir neçə ay sürüb.
Donald Tramp isə bu əlaqələr barəsində deyilənləri qəti şəkildə təkzib edir.