Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri qlobal epidemiyanın mümkünlüyü barədə xəbərdarlıq edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Science Alert” nəşri xəbər yayıb. Xəbərdə deyilir ki, mənşəyi bəlli olmayan bu epidemiyanı törədən infeksiya milyonların həyatına son qoya bilər. Həkimlərin hələlik “İks xəstəliyi” adlandırdığı bu pandemiya ölüm gətirən “ispanka” qripi ilə müqayisə olunur. Bildirilir ki, 1918-1919-cu illərdə bu virusa 550 milyon insan yoluxub, onlardan 50-100 milyonu həlak olub.
Hazırda elm adamları bəşəriyyəti hədələyən bu epidemiyanın qarşısının alınması üçün tədbirlər axtarışındadır.