Almanyanın Düsseldorf Hava limanında icazəsiz nümayiş təşkil edən PKK/YPG tərəfdarları Türk sərnişinlərə hücum edib.
Baki-xeber.com-un xəbərinə görə, terör örgütünün hava limanında toplanan bir grup tərəfdarı Türkiyənin Afrin əməliyyatına etiraz olaraq aksiya keçirib. Aralarında qadınların da olduğu qrup öncə şüarlar səsləndirib, ardınca isə Türk sərnişinlərə hücum edib. Əlbəyaxa savaş o qədər böyüyüb ki, olaya alman polisi müdaxilə etməli olub. Polisin bibər qazı ilə müdaxilə etdiyi olayda 10 nəfərin yaralandığı xəbər verilir.
Hadisədən yalnız yolçuların zərər çəkdiyi, olayın hava limanının işinə hansısa təsirinin olmadığı bildirilir.