İranda qəzaya uğrayan Türkiyəyə məxsus sərnişin təyyarəsində azı 11 nəfər həlak olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Sky News Arabiaсо” telekanalı İranın aviasiya bürosunun məlumatına əsasən xəbər verib. Xəbərə görə, təyyarədə olan 8 sərnişin və 3 ekipaj üzvünün hamısı həlak olub. Xilasetmə qrupunun nümayəndəsi Şahin Fəthi isə təyyarədə 11 nəfərdən 20 nəfərə kimi sərnişinin ola biləcəyinin ehtimal olunduğunu deyib.
Agentlik bildirir ki, təyyarə Şarcadan İstanbula uçurmuş. Hava gəmisi Çaharmahal vilayətindəki dağlıq ərazidə qəzaya uğrayıb. Yerə çırpıldıqdan sonra isə yanmağa başlayıb.