Antarktidada pinqvinlərlə bağlı maraqlı olay yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, buzlu qitə sakinləri elmi tədqiqat üzvünün fotokamerasını aşkarlayaraq öz görüntülərini lentə alıb.
Lenta.ru xəbər verir ki, görüntülər Avstraliyanın Antarktida proqramının rəsmi Facebook səhifəsində yayılıb. Xəbərdə deyilir ki, ekspedisiya üzvü Eddi Qolt pinqvinlərin maraqcıl olması marədə deyilənləri yoxlamaq məqsədilə fotokameranı onların toplaşdığı yerin yaxınlığında buzun üzərinə qoyub. Çox keçmədən ekspedisiya üzvləri pinqvinlərin selfisinin şahidi olub.
Həmin görüntüləri təqdim edirik: