Son həftələr ərzində ən çox diqqət cəlb edən mövzulardan biri Rusiyanın öz nüvə arsenalına nümayiş etdirdiyi əminlik olub. Vladimir Putinin ABŞ müdafiə sisteminin qarşısını ala bilməyəcək yeni raket sistemləri haqqında mesajları, eləcə də son vaxtlar Rusiyanın silahlı qüvvələrini müasirləşdirmə və gücləndirmə kampaniyası ABŞ və Avropada ciddi narahatlıq doğurub. Bəzi müdafiə rəsmilərinin fikrincə, Moskva yaxın müddətdə Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə qitə üzərində dominantlıq mübarizəsinə fəal qoşula bilər.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Rusiyanın Avropadakı hərbi varlığı ilə əlaqədar açıqladığı bir proqnoz isə vəziyyətin Qərb üçün nə qədər ciddi olduğunu göstərir. Baki-xeber.com xəbər verir ki, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı, amerikalı general Körtis Skaparotti 2025-ci ilə qədər Avropadakı ABŞ hərbi qüvvələrinin Rusiyaya qarşı hərbi üstünlüyünü itirə biləcəyini bəyan edib.
Skaparotti Rusiyanın hərbi cəhətdən müasir modernləşmə sürətinə diqqət çəkərək, dənizdə, quruda, havada, hər yerdə, Rusiya ordusunu Soyuq Müharibə dövründə müşahidə edilməyən sürətlə müasirləşdirir.
General Skaparotti bildirib ki, Birləşmiş Ştatlar bu tempə müvafiq addımlamaqdan başqa seçimi yoxdur. "Rus əsgərləri tərəfindən həyata keçirilən modernləşmənin sürəti nəzərə alınarsa, silahlı qüvvələrimizin yenilənmə tempini azalda bilmərik. Əks təqdirdə 2025-ci ilə qədər ordumuzun hakimiyyətinə demək olar ki, bütün bölgələrdə meydan oxuyacaqlar" – general bildirib.
Rusiyanın Arktika bölgəsində dəniz marşrutlarına nəzarəti ələ keçirmək cəhdlərinə diqqət çəkən Skaparottinin sözlərinə görə, Arktika kimi yerlərdə Rusiyanın dominantlığı daha tez reallaşa bilər: “Moskva, əgər istəsə 2-3 il ərzində Şimal Dəniz yoluna nəzarəti ələ keçirə bilər, ABŞ isə bu istiqamətdə geridə qalır”.