Polşanın Baş naziri Mateuş Moravetski Latviya, Litva və Estoniyadan olan həmkarları ilə görüşün ardından “Şimal axını-2”ni tənqid edib və bildirib ki, Polşa nəhayət Rusiyanın qaz asılılığından xilas ola bilib. Onun sözlərinə görə, “Qazprom”la əlaqələri dayandıran ölkəsi hazırda Danimarka və Norveçlə qaz alışı üzrə danışıqlar aparır.
Moravetski onu da deyib ki, Polşa və Baltikyanı ölkələr “Şimal axını-2”ni “Avropanın bu hissəsi üçün olduqca təhlükəli” sayır.
Daha öncə isə “Uniper” şirkətinin rəhbəri Klaus Şefer bildirmişdi ki, “Şimal axını-2” Avropanın təbii qazla fasiləsiz təminatı üçün çox vacibdir.
Xatırladaq ki, “Şimal axını-2” ümumi kütləsi 55 milyard kubmetr qaz olan iki kəməri nəzərdə tutur. Bu kəmərlər Rusiya qazını Baltik dənizindən keçməklə Almaniyaya daşıyacaq. Kəmərlərin fəaliyyətdə olan “Şimal axını” ilə yanaşı tikilməsi planlaşdırılır.