“ABŞ özü çirkli işlərlə məşğul olur, məsuliyyəti isə başqalarına atır”.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin NBC jurnalistinə müsahibəsində deyib. Belə ki, jurnalist Megin Kelli Putinə rusiyalı iş adamı Yevgeni Priqojinin kimliyi və ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxiləsi barədə deyilənlərə münasibətilə bağlı sual ünvanlayıb və bildirib ki, burada Priqojinin Putinin “çirkli işlərini” gördüyü deyilir. Cavabında Rusiya prezidenti bildirib ki, heç bir çirkli işlə məşğul olmur. “Çirkli işlə məşğul olmağı sevən biri var, o da sizdədir və siz də elə düşünürsünüz ki, hamı bu cürdür. Bu ştamp sizdədir. Mənsə, nə edirəmsə açıq formada edirəm. Belə bir şey yoxdur”- o deyib.
Xatırladaq ki, ABŞ-ın xüsusi prokuroru Robert Müller 13 nəfər Rusiya vətəndaşını ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə suçlayıb ki, onlardan biri də iş adamı Yevgeni Priqojindir. Ümumiyyətlə isə, seçkiyə müdaxilə ittihamı Rusiya prezidenti Vladimir Putinə ünvanlanıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu barədə deyilənləri “boşboğazlıq” adlandırıb.