İranda qadınların 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə düzənlədiyi tədbirə polis müdaxilə edib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, bir neçə qadın fəal gözaltına alınıb.
"İran Wire" adlı xəbər saytı yazır ki, qadın fəallar Tehranda Yardım, Əmək və Sosial Müdafiə Nazirliyi qarşısında toplaşaraq nümayiş keçirmək istəyib. Lakin qrupa izn verməyən polis müqavimət göstərənləri gözaltına alıb. Onlar arasında islahatçı təmayüllü “Şərq” qəzetinin müxbiri Ali Salim də var. Sözügedən qəzet özünün Twitter hesabından verdiyi açıklamada Salimin gözaltı xəbərini təsdiqləyib.