Amerika Birləşmiş Ştatlarının Holokost Xatirə Muzeyi Myanma Xarici İşlər və Dövlət Aparatı naziri Aunq San Suu Çiiyə verilən “Elie Wiesel” mükafatını onun ölkədəki Arakan müsəlmanlarına qarşı zülm və zorakılıq hadisələrinə səssiz qaldığına görə ləğv edib.
“2012-ci ildə Suu Çiiye verilən “Elie Wiesel” insan haqları mükafatı ləğv olunur. Səbəb Suu Çiinin Myanma ordusunun arakanlı müsəlmanlara qarşı kütləvi qırğınlarını qınamaması və susmasıdır” - Muzeydən bildirilib.
Qeyd edək ki, “Demokratiya və insan haqqları naminə şiddəti rədd edən mübarizə"yə görə 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Suu Çiin on minlərlə arakanlı müsəlmanın torpaqlarından didərgin salınmasına və həyatını itirməsinə qarşı reaksiyasız qalması beynəlxalq ictimaiyyətin tənqidlərinə yol açmışdı.