ABŞ rəhbərliyi Suriyada kimyəvi hücumlar təşkil edən Bəşər Əsəd rejimini vurmaq məsələsini müzakirə edir. Baki-xeber.com xəbər verir ki, bu barədə Senat komitəsində müzakirələr zamanı ABŞ Milli Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Deniel Kouts deyib.
Senatorların sualı cavablandıran Kouts, Suriya rejimin az qala hər gün istifadə etdiyi xlor qazını kütləvi qırğın silahı kimi dəyərləndirdiklərini deyib: "Bunu da kütləvi qırğın silahı kimi görürük. Orada daha çox xlor qazından istifadə edilir. Son hücumları hazırda araşdırırıq. Bununla əlaqədar hələ tam məlumatlı deyilik. Tərəflər bir-birini günahlandırır. Hələ araşdırmanı sonlandırmamışır, ancaq bu mövzuda olduqca narahatıq. Prezidentin keçən ilki hücuma verdiyi reaksiyanı gördünüz., hazırda da bu addım ciddi şəkildə müzakirə edilir. Ancaq yenə deyirəm, bu qapalı iclasda danışılmalıdır".
Qeyd edək ki, ABŞ keçən il İdlibin Han Şeyhun bölgəsinə kimyəvi silahlarla hücumdan sonra ABŞ prezidenti Donald Tramp hücumda əsas rol oynayan rejimə aid Şeyrat hərbi hava bazasının vurulmasına qərar vermişdi. Həmin vaxt ABŞ-ın Aralıq dənizində olan gəmilərindən raketlərlə bazadakı 59 hədəfi vurulmuşdu.