Hindistanda Leninin heykəli uçurulub.
Baki-xeber.com-un xəbərinə görə, Hindistanın Beloniya şəhərində Hind Xalq Partiyasının tərəfdarları partiya fraksiyasının seçkidəki qələbəsini özünəməxsus tərzdə qeyd etməyi qərara alıblar. “The India Express”-in xəbərinə görə, onlar Leninin şəhər meydanlarından birində vaxtilə ucaldılmış heykəlini yıxaraq “başını bədənindən ayırıb”, onunla futbol oynayıblar.
“Kommunizm fobiyası” adlandırılan bu hərəkət vandalızm kimi qiymətləndirilib və ölkə rəhbərliyi situasiyaya müdaxilə etməyə çağırılıb.