Suriyada sülhə qarant duran ölkələr – Rusiya, Türkiyə və İranın XİN başçıları martın 16-da Astanada görüşəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Qazaxıstan XİN-in açıqlamasında deyilir. Bildirilir ki, görüşdə Suriya tənzimlənməsi üzrə müzakirələr aparılacaq. Xəbərə görə, danışıqlar zamanı tərəflər bugünə qədər əldə olunan nəticələri analiz edəcək, həmçinin bundan sonrakı birgə fəaliyyəti razılaşdıracaq.