ABŞ prezidenti Donald Tramp bu ilin mayında Qüdsdə ABŞ-ın səfirliyinin açılış mərasimində iştirak edə bilər. Baki-xeber.com xəbər verir ki, bu barədə Tramp ABŞ lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş zamanı bildirib.
“Getməyə çalışacağam. Əgər mümkün olsa gedəcəyəm”, deyə o bildirib.
Qeyd edək ki, ötən il dekabrın 6-da Tramp Qüdsü İsrailin paytaxtı kimi tanındığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürüləcəyini bəyan edib. Trampın bu qərarı həmin vaxt bölgədə gərginliyin artmasına səbəb oldu, dünyanın bir çox ölkəsi isə ABŞ-ın Qüds qərarına qarşı çıxdı.
Bir müddət əvvəl isə İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Kats, ABŞ-ın İsraildəki səfirliyinin İsrailin müstəqilliyi günü - 14 mayda Qüdsə köçürüləcəyini deyib.