Rusiya prezidenti Vladimir Putin seçicilərilə görüşdə maraqlı etirafda bulunub.
Baki-xeber.com-un xəbərinə görə, Kalininqrad vilayətində seçicilərilə görüşən Putin ona ünvanlanan “Rusiya tarixində yaşanan hansı olayı dəyişdirmək istərdiniz” sualına “İmkanım olsaydı, Sovetlər birliyinin çöküşünün qarşısını alardım” cavabını verib. Eyni zamanda o, hansı dönəmdə yaşamaq istəyəcəyi barədə suala da oxşar cavabı verib. Bildirib ki, o dövrü heç nəyə dəyişmək istəməzdi:”Görürsünüzmü, babalarım kəndli olub, mənsə prezidentəm...”
Xatırladaq ki, keçmiş “KQB” zabiti olan Putin 2005-ci ildə etdiyi bir çıxışında Sovetlər birliyinin 1991-ci ildə baş verən süqutunu “dünyanın ən böyük geopolitik fəlakəti” adlandırmışdı.