Türkiyə separatçı terror təşkilatı PKK/KCK-nın Suriya qolu PYD-YPG-nin başçılarından biri olan Saleh Müslimin Çexiya məhkəməsində azad edilməsinə sərt reaksiya verib.
Baki-xeber.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi məsələyə ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Separatçı terror təşkilatı PKK/KCK-nın Suriya davamı PYD-YPG-nin başçılarından biri Saleh Müslim barəsində müvəqqəti həbs tələbimizin Çexiya Məhkəməsi tərəfindən rədd edilməsi Çexiya məhkəməsinin beynəlxalq hüquq və terrorla mübarizə mövzusundakı öhdəliklərinə uyğun deyil. PYD Çexiyanın da üzvü olduğu Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı PKK-nın Suriya qoludur. Çexiya Məhkəməsi Saleh Müslimi həbs etmək yerinə azad etmə qərarı verməklə onlarla dinc sakinin terror hücumlarında həlak olmasına və onların ailələrinin əzablarına məhəl qoymadığını göstərdi. Bu qərarla Çexiya Avropada terrorizmlə mübarizəyə dair söylədiklərinin səmimiyyətdən və inandırıcılıqdan nə qədər uzaq olduğunun yeni bir nümunəsini göstərdi".