ABŞ-ın İsrailin Təl-Əviv şəhərindəki səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi mәlumat açıqlama verib.
O, səfirliyin may ayında Qüdsə köçürüləcəyini deyib. ‘‘Mayın 14-də səfirliyin Qüdsdә fəaliyyətə başlamasını planlaşdırırıq. Səfirlik hazırkı ABŞ Konsulluğunda yerləşəcək. Onun açılışı İsrailin 70 illiyinə həsr olunacaq”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) isə ABŞ-ın Təl-Əvivdəki səfirliyinin may ayında Qüdsə köçürəcəyi qərarının son dərəcə narahatedici olduğuni bəyan edib. XİN-in yaydığı açıqlamada deyilir ki, Türkiyə, Fələstin xalqının qanuni hüquqlarının qorunması üçün beynəlxalq cəmiyyətin əksəriyyəti ilə birlikdə səy göstərməyi davam etdirəcək.
Bildirilib ki, bu qərar ABŞ-ın beynəlxalq hüququ, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qüdslə bağlı qərarlarını pozaraq sülhə ziyan vurmaqda israr etdiyini göstərir.
Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürüləcəyini bəyan edib.