Rusiya xüsusi xidmət orqanları Ukraynada kilsələr arasında qarşıdurma yaratmağı planlaşdırır. Baki-xeber.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
SBU rəsmisi Viktor Kononenko bildirib ki, Rusiya ölkədə sabitliyi pozmaq və Ukraynanı dünyada gözdən salmaq üçün planlar qurur.
Rusiya xüsusi xidmət orqanları Ukrayna pravoslavlığına qarşı planlar hazırladığını iddia edən Kononenko, bu istiqamətdəki cəhdlərin yaxın günlərdə daha da artacağını bildirib.
"Bunun üçün ruslar kilsə və kilsə təşkilatlarının imkanlarından, vətənpərvər strukturlardan istifadə etməyi planlaşdırır" – deyə o bildirib.
Rusiyanın, Moskva patriarxlığına bağlı Ukrayna pravoslav kilsələrindən təxribat məqsədilə istifadə etməyi planlaşdırdığını iddia edən Kononenko, Rusiya xüsusi xidmət orqanlarının Ukraynada Moskva və Kiyev patriarxlığına bağlı kilsələr arasında münaqişənin böyüməsi üçün planlar hazırladığını deyib.