ABŞ Suriyada müttəfiqi kimi gördüyü PKK-nın Suriya qanadı PYD yaraqlılarının Türkiyənin terrorçulara qarşı hərbi əməliyyat keçirdiyi Afrinə axınına maraqlı bir izah verib.
Baki-xeber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nolet silahlandırdıqları terrorçuların Afrinə keçdiklərini etraf edib. O, bildirib ki, onlar bəlkə də ailələrinin yanına gedirlər.
"Bizim şərqdə birlikdə çalışdığım bəzi qüvvələrin (YPG/PKK) Afrinə doğru getdiklərini görürük. Onların orada ailə əlaqələri var. Bəlkə də səbəblərdən biri budur" – deyə Nolet bildirib.
Nolet həmçinin, Suriyanın şərq bölgəsində İŞİD-ə qarşı döyüşən YPG/PKK üzvlərinin Afrinə doğru axın etdiklərini deyib.