Türkiyə Silahlı Qüvvələri Afrinə girməyə çalışan terrorçuların avtomobil karvanını vurub. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Türkiyə Baş Qərargahının açıqlamasına görə, PKK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus konvoy 30-40 avtomobildən ibarət olub. Onlar avtomobillərdə terrorçuları və silah-sursat daşıyırmış.
Konvoy Afrinə yaxınlaşarkən şəhərin 15 km-də Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub.
Sosial mediada yayılan məlumatlar görə isə konvoy Bəşər Əsəd tərəfdarı İranın dəstəklədiyi şiə silahlılara məxsus olub. Onlar Afrindəki terrorçulara silah-sursat aparırmış.
Məlumatlara görə, Turkiyə ordusu konvoyu Nubl Zahra və Afrin arasındakı yolda bombalayıb. Əsəd rejimi əsgərlərinin də məhz bu yoldan istifadə edərək Afrinə girdiyi bildirilir.