PKK terror təşkilatının Suriya qanadı YPG Hələb şəhərində əlində olan bölgələri Əsəd ordusuna təhvil verdikdən sonra Tel Rifatı da onlara təhvil verib
Baki-xeber.com xəbər verir ki, Rusiyanın "Sputnik" agentliyinə açıqlama verən Suriya ordusundakı mənbə terror təşkilatı Tel Rifatın ordunun nəzarətinə keçməsi ilə bağlı YPG ilə Suriya ordusu arasında razılıq əldə edilib.
Əsədin ordusunun yaxın vaxtlarda şəhərə girəcəyi bildirilir.
Bundan əvvəl YPG-nin Hələb şəhərində nəzarətində olan bölgələri Əsədə təslim etdiyinə dair məlumat yayılmışdı.