Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya amerikalı həmkarl Nikki Haleydən Rusiya rəhbərliyinə "rejim" deməməyi tələb edib.
Baki-xeber.com xəbər verir ki, Nebenzya bunu BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
"Daimi nümayəndə Haleyə onu xatırlatmaq istərdim ki, Rusiyada bir rejim yox, qanuni olaraq seçilmiş prezident və hökumət var. ABŞ nümayəndə heyətindən gələcəkdə sadə diplomatik davranış qaydalarına riayət etmələrini istərdim.
Bu arada, Suriyadakı da qanuni hökumətdir, kimlərsə bunu bəyənsə də bəyənməsə də bu belədir" – Nebenzya deyib.