2016-ci ildə Türkiyə ilə Ukrayna arasında hərbi və texniki əməkdaşlıq mövzusundakı danışıqlar ABŞ-ın müdaxiləsi ilə pozulub. Baki-xeber.com xəbər verir ki, bu barədə Ukraynanın OPK agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumat deyilir ki, Kiyev və Ankara arasında 2016-cı ildə hərbi və texniki əməkdaşlıqla bağlı aktiv danışıqlar aparılıb. Tərəflər raket, təyyarələr və həssas silahlara qarşı müdafiə sistemlərinin birgə istehsalı barədə razılaşmaya çox yaxın olublar. Ancaq, mənbə, həmin vaxt ABŞ-ın sərt şəkildə bu anlaşmaya qarşı çıxdığını deyib.
Bunun səbəbinə gəlincə, mənbənin sözlərinə görə, ABŞ Türkiyənin nəzarətsiz güclənməsindən ehtiyatlanır.