Rusiya Bəşər Əsəd rejiminin mühasirəsində olan Suriyanın Şərqi Quta bölgəsindəki vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasına fövqəladə iclas keçirməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya açıqlama verib.
Nebenzya BMT-də keçirilən bir tədbirdə həm BMT baş katibinin, həm də Təhlükəsizlik Şurası üzvlərinin sözügedən məsələ ilə bağlı narahatlıqlarını dilə gətirdiklərini deyib. Onun sözlərinə görə, bütün tərəflərin fikirlərinin ortaya qoyması üçün BMT Təhlükəsizlik Şurasına fövqəladə iclası keçirilməlidir: "Bu addım bütün tərəflərin fikirlərini və mövqelərini təqdim etməsi və həll təkliflərini ortaya qoyması üçün lazımdır".