Suriyada Bəşər Əsədə bağlı silahlı qruplar Türkiyənin əməliyyat keçirdiyi PYD/YPG terrorçularının nəzarətində olan Afrinə girməyə başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi Suriya rejiminə yaxın media orqanlarına istinadən məlumat yayıb.
Iddialara görə, Hələbdən yola çıxan Əsəd bağlı silahlılar Afrinə daxil olmağa başlayıb. Məlumatda o da bildirilir ki, Türkiyə Silahlı Qüvvələri konvoyun keçdiyi bölgəni artilleriya və pilotsuz təyyarələrlə ağır bombardmana tutub.
Suriya dövlət televiziyası ağır silahlarla təchiz edilmiş 20 avtombilin Afrinə girişinin görüntülərini də yayıb.
Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG sözçüsü Birusk Heseke də, rejim tərəfdarı milislərin Afrin sərhədlərində yerləşdiriləcəyini deyib.
Qeyd edək ki, dünən Suriya dövlət televiziyası hökumət qüvvələrinin PYD/PKK-nın nəzarətində olan Afrinə göndəriləcəyini bildirmişdi.