"Tehranın Pasdaran xiyabanında iğtişaş törədən şəxslərdən 300 nəfər saxlanılıb". APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran polisinin sözçüsü Səid Müntəzirulmehdi bildirib.
Onun sözlərinə görə, onların arasında polis əməkdaşlarının üzərinə avtobus və minik avtomobilləri sürən sürücülər və polisi yaralayan şəxslər də var.
S. Müntəzirulmehdi iğtişaşlar zamanı 30 polis əməkdaşının yaralandığını təsdiq edib. O həmçinin qeyd edib ki, dövlət əmlakına, şəxsi avtomobillərə və evlərə ziyan vurulub.
Qeyd edək ki, ötən gün Tehranda baş verən iğtişaşlar zamanı 5 nəfər ölüb. Onlardan üçü polis əməkdaşı, iki nəfər isə “Bəsic” könüllülər briqadasının üzvüdür.
İğtişaş törədən Qonabad dərvişləri Nematollahi sülaləsindədir, onlar İranda geniş yayılmış Sufi cərəyanının üzvləridir. Bu qrupun rəhbəri olan Nur Əli Tabəndə Tehranın Pasdaran xiyabanında yaşayır.