Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarından dərhal Suriyanın Tanf bölgəsindən çıxmağı tələb edib. Baki-xeber.com xəbər verir ki, Lavrov Moskvadakı keçirilən bir toplantıda ABŞ-ın Suriyada atdığı addımları sərt tənqid edib.
Lavrov, ABŞ-ı YPG terror təşkilatından istifadə edərək Suriyanı bölməyə yönəlmiş addımlar atmamağa çağırıb.
“ABŞ-ın Fərat çayının şərqində, Suriyanın Türkiyə və İraq sərhədində Suriyanı parçalamağa yönəlik addımlarını narahatlıqla izləyirik. ABŞ-ın Suriyada yeganə məqsədinin İŞİD-lə mübarizə olduğu şübhə doğurur, onların bunu sübut etmək üçün təkrar addımlar atması gərəkir.
Amerika PYD-YPG-dən istifadə edərək Suriyanı parçalamağa çalışır. Bu da Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb olur. ABŞ odla oynamasın. Kürdlər də daxil olmaqla, Suriya xalqının uzunmüddətli maraqlarını nəzərdə tutan addımlar atmağa çağırırıq...”
Toplantı zalında terror təşkilatı PKK dəstəkçisi şüarlar səsləndirən bir nəfərə şüar səsləndirməməyi tövsiyə edən Lavrov “Kürdlərin bəzi oyunçuların əlində geosiyasi məqsədlər üçün istifadəsini doğru hesab etmirik” deyə bildirib
Lavrov deyib ki, ABŞ Suriyanın cənubundakı qoşunlarını dərhal çıxarmalıdır: "ABŞ Tanf ətrafında yaratdığı təhlükəsizlik zonasındakı qaçqın düşərgəsini yeni terrorçuların yetişdirilməsi üçün istifadə edir. Bu bölgə dərhal bağlanılmalı və düşərgəyə humanitar yardımların çatdırılmasına icazə verilməlidir".