Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Afrində Türkiyə-PKK/Əsəd qarşıdurması başlayır...

Image


Suriyanın rəsmi dövlət televiziyası PKK terror təşkilatının Suriya qolu PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edildiyini bəyan edib. Baki-xeber.com xəbər verir ki, dünən dövlət televiziyası yaxın saatlarda Bəşər Əsədə bağlı “xalq qüvvələri dəstələri” adlandırdığı qüvvələrin Türkiyə Hərbi Qüvvələrinin əməliyyatlarına qarşı Afrinə girəcəyini bildirib.

Məlumatlara görə, rejim Afrinə girməsi üçün PKK qarşısında silahı yerə qoyması da daxil, bir sıra şərtlər qoyub. Afrindəki PKK-çıların və bütün silahlı şəxslərin silahlarını təslim etməsinin tələb edildiyi şərtlərə görə, bölgədəki 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli, bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.

PYD-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə bildirir ki, hələlik razılıq əldə olunmayıb və danışıqlar davam edir.

Yayılan başqa bir məlumata görə, Əsəd rejimi Afrinə “Şebbihalar” adlı silahlı qrupu soxacaq. Suriyada 8 illik müharibənin ilk illərində adları tez-tez hallanan "Şebbihalar" qrupu 1975-ci ildə Suriyanın Livana girməsindən sonra yaranıb. Birbaşa Bəşər Əsədə bağlı olduğu bildirilən “Şebbiha” təşkilatının üzvlərinin əksəriyyətini ordudan qovulmuş keçmiş əsgərlər təşkil edir.

Türkiyə Silahlı Qüvvələri isə bu açıqlamanın ardından Əsədə bağlı qüvvələrin keçməsi gözlənən bölgədə bombardmanları artırıb.

Məsələyə münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Əsəd tərəfdarları Afrinə YPG-ni təmizləmək üçün girəcəksə, problem yoxdur: “Yox, YPG-ni qorumaq üçün girirsə, Türkiyə əsgərini heç kim dayandıra bilməz”.

Suriya televiziyasının açıqlamasından sonra yayılan başqa bir xəbərlər isə Əsəd-PPK çirkin işbirliyini tam çılpaqlığı ilə ortaya qoydu. Məlumatlara görə, rejim Suriyanın müxtəlif bölgələrindən topladığı PPK terrorçularını avtobuslarla Afrinə göndərməyə başlayıb. Bununla bağlı Hələbdə çəkilmiş görüntülər də yayılıb. İddialara görə, Türkiyənin terrorçuların siyahısına daxil etdiyi Mehrac Ural və ona bağlı terrorçular da Afrinə göndəriləcək.

Qeyd edək ki, hələ ötən həftə Bəşər Əsəd rejiminin PKK-nın Suriya qanadı YPG-ni Afrində Türkiyə ordusu və Azad Suriya Ordusunun hücumlarından qorumaq üçün PKK ilə işbirliyinə başladığına dair məlumatlar yayılmışdı. Livanın "Al-Mayadeen" televiziyası isə iddia edirdi ki, Əsədə bağlı silahlılar müşahidə aparmaq üçün YPG/PYD terror təşkilatının nəzarətində olan Afrinə göndərilib. Kanal bölgədəki jurnalistlərə istinadən Suriya ordusunun YPG terrorçularına dəstək vermək üçün Afrinə qoşun göndərəcəyini bildirirdi.

Bundan əvvəl Rusiyanın rəsmi RİA”Novosti” xəbər agentliyi, Əsədlə PYD terrorçuları arasında əldə edilən razılaşmaya əsasən, Suriya ordusunun yaxın günlərdə Afrinə girəcəyinə dair məlumat yaymışdı: "Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan torpaqları Dəməşq rejiminə bağlı silahlılara təslim ediləcək. Suriya ordu birlikləri yaxın günlərdə Afrin bölgəsində nəzarəti ələ almağa başlayacaq".

Daha sonra isə mediada tərəflərin razılaşmadığına dair xəbərlər yayılmışdı.

Rusiyalı ekspert Sergey Demidenko isə Suriya ordusunun Afrinə girmə ehtimalının aşağı olduğunu deyir. Onun fikrincə, bu birbaşa Türkiyə ilə müharibə təhdidi daşıyır: "Proseslərin bu istiqamətdə getmə ehtimalı çox aşağıdır. Çünki Suriya ordusunun bölgədə döyüşməsi üçün qalan tək tərəf Türkiyədir. Məncə, Suriya ordusu belə bir hərbi qarşıdurmaya getməz. Ayrıca, Suriya qüvvələrinin böyük bir hissəsi Əsəd tərəfdarı paramilitar qruplardan ibarətdir. Döyüşə hazır vəziyyətdəki nizamlı birliklər çox az qaldı, ələvilərdən ibarət Respublika Mühafizəçilərindən başqa".

Demidenkonun fikrincə, Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlara qarşı Əsəd-PKK işbirliyi iddiaları Suriya ordusu və Dəməşqin həm siyasi, həm də hərbi mənada güclü olduğunu göstərmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu cür açıqlamalar sadəcə, daxili auditoriyaya hesablanıb. Digər tərəfdən, Suriya ordusu kürdlər üçün müttəfiq olmaq baxımından ən yaxşı variant deyil.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ