İsrail hərbi təyyarələri və topçu birlikləri Qəzzada Həmasın hərbi qanadı İzzeddin el-Kassam Tugaylarına aid 6 mövqeyi bombalayıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, bu barədə Fələstinin təhlükəsizlik xidməti xəbər verib. Xəbərə görə, İsrail HHQ-yə aid təyyarələr və topçu birlikləri Qəzzanın bir sıra bölgələrində Kassam Tugaylarına aid 4 mövqeyə hücum edib. Refah şəhərində isə Kassam Tugaylarına aid 2 qarovul mövqeyi top atəşilə vurulub.
Xəbərdə deyilir ki, hadisə şahidləri Qəzza səmalarında İsrail təyyarələrinin alçaqdan uçduğunu və bəzi bölgələrdə partlayış səslərinin gəldiyini bildirib. Kassam Tugaylarının özlərinin yaydığı açıqlamada isə İsrail təyyarələrinə zenit toplarından atəş açıldığı bildirilsə də, təfərrüatlar açıqlanmayıb.
Bu arada İsrail ordusundan da olayla bağlı açıqlama verilib. "İsrail ordusu Qəzzada 6 terrör hədəfini vurub. Bunlar arasında Zeytun Məhəlləsindən İsrailə doğru inşa edilen bir tunel, Han Yunusda bir silah fabriki və əsgəri baza da var”- deyilən açıqlamada İsrailin hücumlarda Həması məsul tutduğu bildirilir.