Meksikada baş verən 7.2 bal gücündə zəlzələdən sonra bölgədəki vəziyyətlə tanış olmaq üçün Oaxaka ştatına gedən hərbi helikopter enməyə çalışarkən avtomobillərin üzərinə düşüb.
Baki-xeber.com xəbər verir ki, içərisində ölkənin daxili işlər naziri və Oaxaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Helikopterdə olan DİN rəhbəri və qubernator sağ qalıb.
Ölənlərdən üçünün uşaq olduğu bildirilir. Qəzada ölənlər, nazir və qubernatoru qarşılamaq üçün hadisə yerinə toplaşanlar olub.