Rusiya XİN 5 rus hərbçisinin Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava zərbələri nəticəsində həlak olmasını mümkün sayır.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Rusiya xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova səsləndirib. Diplomatın sözlərinə görə, lakin bu yalnız ehtimaldır və fakt araşdırılır.
Xatırladaq ki, fevralın 7-də Hişam yaşayış məntəqəsində Əsəd ordusuna qarşı döyüşən kürdlər ABŞ-dan dəstək istəyib və bunun ardınca ABŞ HHQ havadan onlara dəstək verib. Həmin döyüşdə ABŞ-ın hətta AS-130 odsaçan təyyarələrdən də istifadə etdiyi bildirilir. Hücuma keçən kürd qruplaşmaları arasında isə ISIS Hunters (İŞİD ovçuları) də olub ki, onların əslində məşhur “Vaqner qrupu” olduğu bildirilir. Xatırladaq ki, Rusiya hərbi dairələrinə aid qeyri-rəsmi silahlı birləşmə olan “Vaqner qrupu” daha öncə Ukrayna ərazisində fəaliyyət göstərib, 2014-cü ildən isə Suriya ərazisində Əsəd qüvvələrinə dəstək verir.
Fevralın 14-də xəbər verilib ki, muzdlular Deyr-əz-Zorda kürdlərin nəzarətində olan neft-qaz yataqlarının yerləşdiyi əraziləri ələ keçirmək istəyərkən ABŞ və kürdlərin atəşinə məruz qalıb. Lakin Rus komandanlığı sözügedən ərazilərdə əks-hücuma keçilməsinə icazə verməyərək, bunu “özfəaliyyət” adlandırıb.